10.12.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Oxu Zalı 10.12.2021-ci il tarixində “Hüquqlarımızın fərqinə varaq...” başlığı altında məruzə keçirdi.Tədbiri Oxu zalının kitabxanaçısı Mina Məmmədova açaraq bildirdi ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 10 dekabr 1948-ci il tarixində İnsan Hüquqları haqqında Ümumi Bəyannaməni qəbul edib. Məhz bu əlamətdar və vacib sənədin qəbul edilməsinə görə 10 dekabr həmin tarixdən etibarən İnsan Hüquqları Günü kimi qeyd edilir.Respublikamızda da həyata keçirilən hüquqi islahatların ən mühüm mərhələlərindən biri insan hüquqlarının və azadlıqlarının müdafiəsi mühüm rol oynayır. Azərbaycanda insan hüquqları sahəsində yol xəritəsi rolunu oynayan üç mühüm strateji sənəd - “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” (1998), “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı” (2006) və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarınmüdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” (2011) qəbul edilmiş və 18 iyun Milli İnsan Hüquqları Günü kimi elan edilmişdir.Tədbirdə iştirak edən kitabxananın fəal oxucuları qeyd etdilər ki,dövrümüzdə həyata keçirilən bu cür tədbirlər insan hüquqlarının qorunması istiqamətində atılan ən uğurlu addımdır.